• Bakı 29° C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Ağdərə rayonunda 5 məktəb yaradılacaq

Gündəm

23 May 2024 | 15:18

Ağdərə rayonunda 5 məktəb yaradılacaq

Ağdərə rayonunda 5 məktəb yaradılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar verib. Qərara əsasən, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların Siyahısı”nda dəyişikliklər edilib.

    Qərarda bildirilib ki, Ağdərə rayonunda aşağıdakı məktəblər yaradılacaq:

    - Ağdərə rayonu Göyarx kənd Dağıstan Əzizov adına tam orta məktəbi

    - Ağdərə rayonu Şıxarx qəsəbə Sarvan Quliyev adına tam orta məktəbi

    - Ağdərə rayonu Talış kənd tam orta məktəbi

    - Ağdərə rayonu Umudlu kənd Sabir Paşayev adına tam orta məktəbi

    - Ağdərə rayonu Həsənqaya kənd ümumi orta məktəbi.


    SON XƏBƏRLƏR

    15 Iyun 2024