Ağstafa rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, 1968-ci il təvəllüdlü E.Hüseynov yolu keçmək istəyərkən onu avtomobil vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.