Avropa İttifaqı 2025-ci ildə Qəzzaya 120 milyon avro yardım göndəriləcəyini açıqlayıb.
Bakıvaxtı.az "Reuters"ə istinadla xəbər verir ki, İttifaqdan verilən açıqlamada 2023-cü ildən bu günədək Aİ-nin Qəzzaya etdiyi humanitar yardımların ümumi həcmini 450 milyon avrodan çox artdığı, hava yolu ilə çatdırılan yardım paketlərinin 3 min 800 tonu keçdiyi qeyd edilib.
Həmçinin, Aİ Komissiyasının sədri Ursula von der Leyen dünən əldə edilən atəşkəs razılaşmasının humanitar yardımların sürətlə çatdırılması üçün bir fürsət olduğunu da vurğulayıb.
Əli Hüseynov