• Bakı 25° C

    8.9 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

Aİ Ukraynaya qoşun göndərmək üçün koalisiya yarada bilər

DÜNYA

12 Dekabr 2024 | 17:36

Aİ Ukraynaya qoşun göndərmək üçün koalisiya yarada bilər

Avropa İttifaqı (Aİ) Ukraynaya qoşun göndərilməsi məsələsində ümumi razılıq əldə edə bilmədiyi üçün bu istiqamətdə bir neçə ölkənin daxil olduğu xüsusi koalisiya yaradılmasını nəzərdən keçirir.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, Aİ-nin bu tip koalisiyasında 5-8 dövlət təmsil oluna bilər. Bu dövlətlər NATO-dan asılı olmayan, əksinə, Kiyevlə ikitərəfli razılaşmaya əsaslanan və əməli fəaliyyət göstərməyə qərarlı olan ölkələr olacaq.

Eyni zamanda, Britaniya və Fransa artıq Ukraynaya əsgər göndərilməsi məsələsini müzakirə edib. Bundan başqa, Kiyev bu mövzuda Baltikyanı və Skandinaviya ölkələri ilə də danışıqlar aparıb.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

03 Sentyabr 2025