• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Aİ və Yaponiya müdafiə sahəsində əməkdaşlıq edəcək

DÜNYA

01 Noyabr 2024 | 14:54 | Müəllif: Gülşən Şərif

Aİ və Yaponiya müdafiə sahəsində əməkdaşlıq edəcək

Aİ-Yaponiya Müdafiə Tərəfdaşlığı Sazişi 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, Avropa İttifaqı və Yaponiya strateji, təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq sazişi imzalayıb. 

Saziş Yaponiyanın xarici işlər naziri Takeşi İvaya və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrell tərəfindən imzalanıb.

Takeşi İvaya açıqlamasında regionunda Avropa İttifaqı ilə belə bir razılaşmaya girən ilk ölkənin Yaponiya olduğunu və  Aİ ilə əlaqələrin hər zamankından daha güclü olduğunu qeyd edib:

"Müdafiə və təhlükəsizliyin bütün sahələrində əməkdaşlıq və dialoq tərəflər arasında inkişaf etdiriləcək. Tokio və Brüssel yaxın vaxtlarda strateji dialoqun ilk iclasını keçirəcəklər və bu görüşdə xüsusilə regional məsələləri müzakirə edəcəklər".

Aİ diplomatiya rəhbəri isə qeyd edib ki, bu sazişlər Avropa və Asiya-Sakit okean regionunda təhlükəsizliyi gücləndirəcək, həmçinin demokratiya və insan hüquqlarına hörmət əsasında gələcək qurmağa kömək edəcək.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR