Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) 2022-ci ilin yekunlarına dair hesabat konfransı keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, tədbirdə federasiyanın vitse-prezident Fərid Əmirov və baş katibi Fərhad Əliyev çıxış edərək konfransın işinə uğurlar arzulayıb.
AKAF-ın mətbuat üzrə nümayəndəsi Vüsal Qurbanov 2022-ci ildə ölkə və beynəlaxalq səviyyədə əldə olunan nailiyyətlərlə bağlı məlumat verib.
“Hədəflərimiz və məqsədlərimiz var. Yarışların əhatə dairəsini genişləndirmək planımızda var.
Həkəri çayının Qubadlı rayonunda keçən hissəsində və Füzuli rayonunda Köndələn çayında avarçəkmənin növlərinə uyğun yarışlar təşkil oluna bilər.
Azərbaycanda avarçəkmə üzrə Dünya və Avropa yarışlarının keçirilməsi nəzərdə tutulub.
Xəzər dənizdə də yarışların keçirilməsi planlaşdırılıb”, - deyə V.Qurbanov bildirib.
Ramid İbrahimov



















