• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Alimpaşa Məmmədov Bakıya gətirildi: DTX-da dindirilir

SİYASƏT

26 Aprel 2021 | 15:56

Alimpaşa Məmmədov Bakıya gətirildi: DTX-da dindirilir

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Alimpaşa Məmmədov Bakıya gətirilib.

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı A. Məmmədov bu gün DTX əməkdaşları tərəfindən saxlanılıb. Hazırda A.Məmmədovun DTX-nin inzibati binasında dindirildiyi bildirilir.

Qeyd edək ki, bu gün Şəmkir rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat keçirilib. Əməliyyat nəticəsində icra başçısından əlavə onun birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb(qafqzinfo.az).


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026