• Bakı 13° C

    0.48 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Alman jurnalı Baydeni ələ saldı - FOTO

DÜNYA

20 Fevral 2024 | 11:45

Alman jurnalı Baydeni ələ saldı - FOTO

Almaniyada nəşr olunan “Stern” jurnalı ABŞ prezidenti Co Baydenin qocalığını ələ salıb.

Bakıvaxtı.az "CNN Türk"ə istinadən xəbər verir ki, davamlı hərəkətləri və sözləri ilə gündəmdə olan ABŞ prezidenti yenidən manşetlərə düşüb.

Belə ki, jurnal Baydeni təkərli əsa ilə çəkib.

Karikaturada Baydenin arxasında müavini Kamala Harris və ölkənin keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama var.

Xatırladaq ki, demokrat namizəd olacağına dair siqnallar verən Harris liderlik qabiliyyətinə malik olduğunu iddia edərək "Mən xidmət etməyə hazıram. Bununla bağlı heç bir sual işarəsi yoxdur" demişdi. Əlavə olaraq, demokratların Baydeni Obama ilə əvəz edə biləcəyi ilə bağlı şayiələr də sürətlə yayılmağa başladı.

Ay Tac


Alman jurnalı Baydeni ələ saldı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR