• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Almaniya Ukraynaya "Leopard" göndərəcək? - "Sadə məsələ deyil"

DÜNYA

24 Yanvar 2023 | 13:04 | Müəllif: Qalib İbrahimoğlu

Almaniya Ukraynaya "Leopard" göndərəcək? - "Sadə məsələ deyil"

"Leopard" tanklarının Ukraynaya göndərilib-göndərilməməsi ilə bağlı hələ qərar verilməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius NATO Baş katibi Yens Stoltenberqlə Berlində keçirdiyi mətbuat konfransında deyib.

Bu istiqamətdə heç bir yenilik yoxdur. Biz öz qərarımızı hazırlayırıq və tezliklə açıqlayacağıq”, - Almaniya müdafiə naziri deyib.

O deyib ki, "Leopard" tankları olan müttəfiqlər Ukrayna qüvvələrinə bu istiqamətdə təlimə başlaya bilərlər və Almaniya buna etiraz etmir.

Nazir əlavə edib ki, tankların göndərilməsi sadə məsələ deyil, bu, mürəkkəb məsələdir/apa.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026