• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Alternativ Kino Akademiyası təsis edilib - FOTOLAR

MƏDƏNİYYƏT

04 Aprel 2024 | 16:39 | Müəllif: Subhan Mahmudov

Alternativ Kino Akademiyası təsis edilib - FOTOLAR

Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdindəki Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino Akademiyası təsis edib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Respublikası Kino Agentliyindən bildirilib.

Verilən məlumata görə, layihənin kuratorluğu Azərbaycan Respublikası Kino Agentliyinin rəhbəri Orxan Fikrətoğlunun əmri ilə ARKA-nın əməkdaşı tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərova həvalə edilib.

Alternativ Kino Akademiyasının ilk tədbirində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən ARKA-ya təqdim olunan 16 tələbənin layihəsindən 7-nin təqdimatı olub.
Təqdimatda Xəyal Rzanın “Allaha Salam”, Şirin Əhmədovun “Sürəyyanın 32 ci günü”, Mirhafiz Həsənovun “Çağrılmamış qonaq”, Məhəmməd Məmmədovun “Qayıtdım”, Elmar Fərzəliyevin “Düşmüş Mələk”, Araz Quliyevin “İkinci Nəfəs” və Mirzahid Ağayevin “İnam” layihələri nümayiş etdirilib.

Qeyd edək ki, Alternativ Kino Akademiyasının yaradılmasında əsas məqsəd tələbə kinematoqrafçıların yaradıcılıq fəaliyyətinə təşviqi, kinoda yeni məzmunun yaradılması, kino vasitəsilə xaricdə milli-mənəvi dəyərlərin çatdırılması üçün işlərin görülməsidir. Həmçinin qarşıya qoyulmuş hədəflərə çatmaq üçün ARKA tərəfindən inzibati, yaradıcı məsələlərin təkmilləşdirilməsi, yerli və beynəlxalq festivallarda iştirakın təşviqi, məzmun keyfiyyətinin artırılması, qlobal kino cərəyanlarının təhlili, müasir yerli kino cərəyanlarının yaradılması, sənədləşmə proseslərində operativliyin tətbiqi nəzərdə tutulur.


Alternativ Kino Akademiyası təsis edilib - FOTOLARAlternativ Kino Akademiyası təsis edilib - FOTOLARAlternativ Kino Akademiyası təsis edilib - FOTOLARAlternativ Kino Akademiyası təsis edilib - FOTOLARAlternativ Kino Akademiyası təsis edilib - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR