• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

AMEA-nın institutlarına yeni direktorlar TƏYİN EDİLDİ

CƏMİYYƏT

19 Iyun 2021 | 10:33

AMEA-nın institutlarına yeni direktorlar TƏYİN EDİLDİ

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, vitse-prezidentlər, Rəyasət Heyətinin üzvləri, Aparat rəhbəri və aidiyyatı qurumların rəhbərləri iştirak ediblər.

Rəyasət Heyətinin qərarları ilə akademik Dilqəm Tağıyev akademik Murtuza Nağıyev adına  Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, akademik Vaqif Abbasov akademik Yusif  Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun, akademik Vaqif Fərzəliyev akademik Əli Quliyev adına Aşqarlar Kimyası  İnstitutunun, müxbir üzv Bəxtiyar Məmmədov Polimer Materialları İnstitutunun, müxbir üzv Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, Natiq Mehdiyev isə AMEA Rəyasət Heyəti aparatının Xüsusi şöbəsinin müdiri vəzifələrinə təsdiq edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026