• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Şirvanda ƏMƏLİYYAT:  "patı" və "şüşə" satanlar saxlanıldı

CƏMİYYƏT

18 Iyul 2021 | 20:54

Şirvanda ƏMƏLİYYAT: "patı" və "şüşə" satanlar saxlanıldı

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə psixotrop maddə olan “patı”və “şüşə” adlanan metamfetaminin satışı ilə məşğul olan Şirvan şəhər sakini Famil Dəmirov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı F.Dəmirovdan satış məqsədilə qablaşdırılmış metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026