“ABŞ Türkiyə vasitəsilə Əfqanistanda hakimiyyəti ələk keçirən “Taliban” hərəkatını idarə edəcək. “Taliban ətraf ölkələr üçün "qamçı" rolu oynayacaq. Kim özünü yaxşı aparmasa onu qamçılayacaq. Türkiyə öz istəklərini də bura qatıb, bu qamçıdan istifadə edəcək”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Azər Qasımov deyib.
O, Türkiyə “Taliban” tərəfindən necə qəbul edilirsə, Azərbaycan da elə qəbul edilir: “Əfqanistanda xidmət edən Azərbaycan sülhməramlıları üçün təhlükə gözlənilmir. Türkiyə ordadırsa, arxayın ola bilərik. Xüsusən, “Taliban”la münasibətləri yaxşı olan
Pakistanın Azərbaycana olan münasibətinin məlum olduğu şəraitdə Azərbaycan əsgərinə zərər verməz.
Bu, Azərbaycan və Türkiyənin birlikdə dünya geosiyasi arasındakı ilk birgə fəaliyyətidir. Hadisələr elə məcrada inkişaf edir ki, Türkiyənin beynəlxalq güc olması yolunda əsas yolu açacaq”.
Ramid İbrahimov
















