• Bakı 22° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Angela Merkelin beton abidəsi aşdı

DÜNYA

16 Sentyabr 2023 | 22:10 | Müəllif: Subhan Mahmudov

Angela Merkelin beton abidəsi aşdı

Almaniyanın keçmiş kansleri Angela Merkelin Yuxarı Pfalzda yerləşən beton fiquru gecə saatlarında aşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə abidəni hazırlayan heykəltaraş Vilhelm Kox məlumat verib.

"Təəssüf ki, 3D çapın çox da davamlı olmadığı və açıq havada istifadə üçün uyğunsuzluğu ortaya çıxdı", - deyə heykəltaraş bildirib.

Qeyd edək ki, abidənin açılışı 2021-ci ildə Merkel hələ Almaniya hökumətinə rəhbərlik etdiyi vaxtlarda baş tutub. Bu fiqur siyasətçinin tez-tez geyindiyi şalvar və gödəkçədə at üzərində təsviri idi. Abidə 3D printer vasitəsilə təkrar emal olunmuş yüngül betondan hazırlanmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026