• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Stoltenberqlə Orban arasında telefon danışığı oldu

DÜNYA

16 Oktyabr 2023 | 19:05

Stoltenberqlə Orban arasında telefon danışığı oldu

NATO Baş katibi Yens Stoltenberq və Macarıstan Baş naziri Viktor Orban arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NATO Baş katibinin "X" hesabında bildirilib.

"Macarıstanın Baş naziri Viktor Orban ilə Ukraynadakı vəziyyət və bu ölkəyə dəstəyimizin əhəmiyyəti haqqında danışdıq. Qeyri-sabitliyin və qlobal rəqabətin artdığı bir vaxtda biz NATO-da həmrəy olmağa davam etməliyik. Biz həmçinin İsveçin NATO-ya gözlənilən üzvlüyü barədə də danışdıq", Stoltenberq bildirib.

Xatırladaq ki, Macarıstan və Türkiyə parlamentləri hələ də İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR