• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Apple-ın “sözləşmə”si mediaya sızdı: 275 milyard dollar...

MULTİMEDİA

08 Dekabr 2021 | 17:39 | Müəllif: Qalib İbrahimoğlu

Apple-ın “sözləşmə”si mediaya sızdı: 275 milyard dollar...

Apple şirkətinin rəhbəri Tim Kuk Çin hakimiyyəti ilə sövdələşmə müqaviləsi imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Information” nəşrinin dərc etdiyi hesabatda bildirilir.

Sözügedən sənədlərə görə, Apple 2016-cı ildə Çinlə 275 milyard dollarlıq sövdələşmə müqaviləsi imzalayıb. Business Insider-də yer alan xəbərə görə, razılaşmaya əsasən, Apple Çin iqtisadiyyatını və texnoloji imkanlarını inkişaf etdirməyə kömək edəcəyini vəd edir.

Sızdırılan hesabatda Apple-ın bu addımlar müqabilində bəzi istisnalara sahib olmağı hədəflədiyinə dair məlumatlar da var. Bundan əlavə, danışıqları şirkətin baş direktoru Tim Kukun aparması hesabatın ən diqqət çəkən məqamlarındandır. Sənədlərə görə, Kuk Çində Apple Pay, iCloud və App Store-a qoyulan məhdudiyyətlərə qarşı lobbiçilik edib. 1250 sözdən ibarət müqavilənin Apple şirkətinin Çindəki komandası tərəfindən yazıldığı və prosesin Kukun özü tərəfindən idarə edildiyi bildirilib.

Hesabata görə, Apple cihazları üçün daha çox hissə üçün Çin tədarükçüləri ilə əməkdaşlıq, Çin proqram şirkətləri ilə yeni müqavilələr, Çin universitetləri ilə texnologiya üzrə işləmək kimi öhdəliklər də verilib. Qısa müddətdə gündəmə gələn hesabatla bağlı Apple hələ də açıqlama verməyib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026