Argentina hökumətinin təqdim etmək istədiyi hərtərəfli "İqtisadi İslahat Paketi" etirazla qarşılanıb.
Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, Buenos-Ayresdə Konqresin qarşısına toplaşan minlərlə insan hökumətin "İqtisadi İslahat Paketi"nə sərt reaksiya verib.
Polislə qarşıdurmaya səbəb olan etiraz aksiyasında Molotov kokteyli və daşla hücum edən nümayişçilərə qarşı gözyaşardıcı qaz və təzyiqli sudan istifadə olunub.
Polisin gözyaşardıcı qazla müdaxiləsindən təsirlənən müxalifətdən olan 5 millət vəkili xəstəxanaya yerləşdirilib.
Aksiya zamanı 40 nəfər yaralanıb, 30 fəal saxlanılıb.
Gülşən Şərif
















