• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Arvadını axtaran şəxs ÖZÜNÜ ASDI

CƏMİYYƏT

13 Dekabr 2021 | 12:18 | Müəllif: Qalib İbrahimoğlu

Arvadını axtaran şəxs ÖZÜNÜ ASDI

Ötən günlərdə “Müge Anlı ile tatlı sert” proqramına qatılaraq həyat yoldaşını axtaran Serkan Kıyak intihar edib.

Bakıvaxtı.az xəbər verir ki, 32 yaşlı Serkan yaşadığı evində özünü asıb. O, bütün dostları ilə halallaşandan sonra bu addımı atıb.

Qeyd edək ki, bir neçə gün öncə Müge Anlının proqramına çıxan Serkan həyat yoldaşından günlərdir xəbərsiz olduğunu bildirib. Telefona verilişə bağlanan həyat yoldaşı isə onu istəmədiyini, başqası ilə qaçdığını etiraf edib.

“Əməyimin qarşılığı budur? Məni 4-5 dəfə aldatdın, bağışladım. Qayıt gəl! Yenə də bağışlayaram. Mən səni sevdim, sənə neyləmişəm? Yaşaya bilmərəm”, - deyə, Serkan ağlayaraq Müge Anlıya şikayətlənib.

Cütlüyün 2 yaşlı övladları var./olay.az/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026