Bu gün Milli Məclisə növbədənkənar seçkilərlə bağlı 105 saylı Tovuz-Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Nağıyev Arzu Nəsib oğlunun təbliğat- təşviqat kampaniyası çərçivəsində Gədəbəy rayonunun Düz Rəsullu İnzibati Ərazi Dairəsi üzrə Düz Rəsullu, Gərməşöylü, Göyəmli, Hüseyinqulular və Rəhimli kəndlərinin seçiciləri ilə görüş keçirildi.
Bakıvaxtı.az xəbər verir ki, namizədin platforması açıqlanaraq onların fikir və təklifləri dinlənildi, seçiciləri narahat edən məsələlərlə bağlı müvafiq qeydlər aparıldı.































