Bu gün Milli Məclisə növbədənkənar seçkilərlə bağlı 105 saylı Tovuz-Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Nağıyev Arzu Nəsib oğlunun təbliğat- təşviqat kampaniyası çərçivəsində Gədəbəy rayonunun Çay Rəsullu, Bəydəmirli, Turşsu, Şınıx və Kollu kəndlərinin seçiciləri ilə görüş keçirildi.
Bakıvaxtı.az-ın xəbərinə görə, namizədin platforması açıqlanaraq onların fikir və təklifləri dinlənildi, seçiciləri narahat edən məsələlərlə bağlı müvafiq qeydlər aparıldı.
Həmçinin Düz Rəsullu kəndindən Göyəlli kəndinə gedən yolun Axıncı çayı üzərində inşası davam edən körpünün tikintisi ilə bağlı görülən işlərlə maraqlanıldı, işçilərlə söhbət aparıldı.































