• Bakı C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Ata oğlunu yük maşını ilə vurub ÖLDÜRDÜ

HADİSƏ

23 May 2022 | 19:28

Ata oğlunu yük maşını ilə vurub ÖLDÜRDÜ

Lənkəran rayonunda 9 yaşlı uşaq ehtiyatsızlıqdan yük avtomobilinin altına yıxılıb, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə Bəliton kənd ərazi vahidliyinə daxil olan Horavenc kəndində qeydə alınıb.

Belə ki, Bəliton kənd sakini, 1979-cu il təvəllüdlü Zöhrab Ağahüseyn oğlu Quliyev idarə etdiyi "Zil-131" markalı avtomobillə ot bağlamalarını gətirmək üçün qonşu Horavenc kəndinə gedib. Oğlu, 2013-cü il təvəllüdlü Nemət Quluzadəni də özü ilə götürüb. Əraziyə çatanda Nemət ağaclardan hörülmüş darvazanı açmaq üçün nəqliyyat vasitəsindən aşağı enib. Atası isə yük avtomobilini hərəkətə gətirib. Bu zaman bədbəxt hadisə baş verib və övladına xəsarət yetirib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

28 Mart 2024