• Bakı 22° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Avropa çempionatı: Millilərimiz yarımfinal oyunlarına çıxacaqlar

İDMAN

27 Iyul 2024 | 09:07

Avropa çempionatı: Millilərimiz yarımfinal oyunlarına çıxacaqlar

Azərbaycanın 18 yaşadək oğlanlar və qızlardan ibarət basketbol milliləri Avropa çempionatının C divizionunda növbəti oyunlarını keçirəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi qızlardan ibarət komanda Kosovonun paytaxtı Priştinada təşkil olunan yarışın yarımfinal mərhələsində Kipr seçməsi ilə üz-üzə gələcək.

Anar Sarıyevin baş məşqçisi olduğu digər yığma Albaniyanın Elbasan şəhərindəki turnirin eyni raundunda meydan sahiblərinin müqavimətini qırmağa çalışacaq.

Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 19:00 və 20:30-da start götürəcək.

Qeyd edək ki, hər iki yarışın həlledici matçları iyulun 28-də olacaq.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024