• Bakı 11° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avropa çempionluğu Rusiyadan alınıb Azərbaycana verildi

İDMAN

06 Aprel 2022 | 14:36

Avropa çempionluğu Rusiyadan alınıb Azərbaycana verildi

Dünya Güləş Birliyi 2017-ci il Avropa çempionluğunu sərbəst güləş üzrə Rusiya millisindən alaraq, Azərbaycana verib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, qərar bir müddət öncə verilib: “Rusiyanın 97 kq çəki dərəcəsində mübarizə aparan idmançısı Anzor Boltukayev dopinqə yaxalandığı üçün bu cür qərar verilib. Komandanın hesabından 9 xal silinib və çempionluq Azərbaycana verilib”. 

Qeyd edək ki, Serbiyanın Novi Sad şəhərində keçirilən turnirdə komandanmızın baş məşqçisi Firdovsi Umudov olub. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR