• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Qvardiola Mourinyonun antirekorduna şərik oldu

İDMAN

06 May 2022 | 00:18 | Müəllif: Subhan Mahmudov

Qvardiola Mourinyonun antirekorduna şərik oldu

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasında antirekorda şərik olub.

Bakıvaxtı.az xəbər verir ki, o, karyerasında 6-cı dəfə ÇL-in yarımfinalında uduzub.

51 yaşlı məşqçi daha öncə “Barselona” ilə iki (2010 və 2012-ci illərdə), “Bayern” ilə də üç (2014, 2015 və 2016-cı illərdə) dəfə yarımfinalda dayanıb.

Qvardiola bu göstəriciyə görə hazırda “Roma”nı çalışdıran Joze Mourinyoya çatıb. Portuqaliyalı mütəxəssis isə üç dəfə “Çelsi” (2004/05, 2006/07 və 2013/14 mövsümlərində), üç dəfə də “Real”la (2010/11, 2011/2012 və 2012/13 mövsümlərində) finalın bir addımlığında məğlub olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026