• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avropa çempionu olan hərbçiyə vaxtından əvvəl kapitan rütbəsi verildi

CƏMİYYƏT

12 Aprel 2022 | 11:29

Avropa çempionu olan hərbçiyə vaxtından əvvəl kapitan rütbəsi verildi

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında qızıl medal qazanan Mərkəzi Ordu İdman Klubunun təmsilçisi, dünya və üçqat Avropa çempionu Rafiq Hüseynovla görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik K.Vəliyev Müdafiə Nazirliyinin rəhbərliyi adından idmançımızı qələbə münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Baş Qərargah rəisi dünyanın aparıcı idman ölkələri sırasında respublikamızın xüsusi yerinin olmasını qeyd edərək bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də yüksək nailiyyətlərin əldə edilməsinin və qazanılan uğurların məhz Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısının göstəricisi olduğunu xüsusi vurğulayıb.

Görüşün sonunda general-polkovnik K.Vəliyev baş leytenant Rafiq Hüseynova vaxtından əvvəl növbəti hərbi rütbənin verilməsi barədə Azərbaycanın müdafiə nazirinin müvafiq əmrini çatdıraraq güləşçimizi təbrik edib, ona "kapitan" rütbələri və qiymətli hədiyyə təqdim edib.


Avropa çempionu olan hərbçiyə vaxtından əvvəl kapitan rütbəsi verildiAvropa çempionu olan hərbçiyə vaxtından əvvəl kapitan rütbəsi verildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026