• Bakı 21° C

    3.22 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Avropa çempionu “Zirə”yə transfer oldu

İDMAN

15 Avqust 2022 | 19:58

Avropa çempionu “Zirə”yə transfer oldu

Təmkin Xəlilzadə və İlkin Muradovla yollarını ayırmağa hazırlaşan “Zirə” yeni transfer edir. 

Bakıvaxtı.az xəbər verir ki, klub serbiyalı yarımmüdafiəçi Andriya Lukoviçlə anlaşıb. 

Serbiya “Rad”ının yetirməsi olan futbolçu, Niderlandda PSV Eyndhovenin gənclər komandasında, ölkəsində “Srvena Zvezda” və Polşada “Rakuv” kimi tanınmış klublarda çıxış edib. 

Onun son klubu Portuqaliya “Belenenseş”i olub. 

Lukoviç 2013-cü ildə Litvada keçirilmiş gənclər arasında Avropa Çempionatının finalında Fransaya vurduğu qolla Serbiyaya tarixində ilk qitə çempionluğunu qazandırıb. 

“Zirə” 27 yaşlı futbolçuya görə əlavə xərcə düşməyəcək. Serbiya gənclər yığmasında oynamış futbolçu azad agentdir. 

Andriya Lukoviç artıq Bakıdadır və klubla müqaviləsinin rəsmiləşməyini gözləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026