• Bakı 25° C

    12.39 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Avropa İttifaqı Rusiyaya qarşı qərarını YENİLƏDİ  

CƏMİYYƏT

26 Iyul 2022 | 16:24

Avropa İttifaqı Rusiyaya qarşı qərarını YENİLƏDİ  

Avropa İttifaqı (Aİ) Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların müddətini altı ay uzadıb. 

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqı Şurası yayıb. 

Məlumata görə, bu gün Şura Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin 2023-cü il yanvarın 31-nə qədər uzadılması barədə qərar qəbul edib. 

Bildirilir ki, sözügedən bu sanksiyalar ilk dəfə 2014-cü ildə Rusiyanın Ukraynadakı vəziyyətin sabitliyini pozmağa xidmət edən hərəkətlərinə cavab olaraq tətbiq edilib. Bu sanksiyalar cari ilin fevral ayında Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda əhəmiyyətli dərəcədə genişləndirilib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyun 2026