Avropa liderləri Volodimir Zelenskiyə bildiriblər ki, ABŞ-dən təhlükəsizlik zəmanəti almadan Rusiyanın tələbləri ilə razılaşmamalıdır.
Bakıvaxtı.az "The Wall Street Journal"a istinadən xəbər verir ki, bu, nəşrin yazdığı məqalədə yer alıb.
Məqaləyə əsasən, bu məsələ dekabrın 1-də Zelenski ilə Avropa liderləri, o cümlədən Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında telefon danışığı zamanı müzakirə olunub. Onlar təkidlə bildiriblər ki, Vaşinqton Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində aparıcı rol oynamalıdır.
Onlar hesab edirlər ki, Birləşmiş Ştatlar Rusiyanın tələbləri ilə razılaşmamışdan əvvəl bu məsələdə öz mövqeyini aydın şəkildə aydınlaşdırmalıdır.
Gülşən Şərif
Bakı 



