Ötən il Avropada anomal istilər nəticəsində 47 mindən çox insan həyatını itirib.
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu, Avropa Statistika İdarəsinin məlumatında yer alıb.
Məlumata görə, ötən il Avropanın 35 ölkəsində anomal istilərə görə 47 690 nəfər ölüb. İstidən ölüm nisbətinin ən yüksək olduğu ölkələrə Cənubi Avropa ölkələri daxildir. Həddindən artıq istilər nəticəsində Yunanıstanda hər milyon adama 393, Bolqarıstanda 229, İtaliyada 209, İspaniyada 175, Almaniyada 76 ölüm faktı qeydə alınıb.
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının ölçmələrinə görə, ötən ay indiyədək müşahidə edilən ən isti iyul kimi qeydə alınıb. Bundan başqa, yüksək temperatur dəyərlərinin buzlaqların intensiv əriməsinə və qar təbəqələrinin sürətlə azalmasına səbəb ola biləcəyi xəbərdarlığı edilib.
Gülşən Şərif
















