• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Avropanın ən yaxşı 5 klubu AÇIQLANDI

İDMAN

19 Dekabr 2023 | 17:00

Avropanın ən yaxşı 5 klubu AÇIQLANDI

2023/2024 mövsümündə toplanan xal faizinə görə Avropanın ən yaxşı 5 klubu müəyyənləşib.

Bakıvaxtı.az “Opta” analitik agentliyinə istinadən xəbər verir ki, araşdırma “Top-5” liqalara şamil edilib.

Siyahıya Almaniya Bundesliqasının lideri “Bayer 04” başçılıq edir. Leverkuzenlilər çempionatda mümkün xalların 87 faizini (45 mümkün xaldan 39-nu) toplayıblar.

İkinci pillədə 86 faizlə (51-dən 44-ü) İspaniya təmsilçisi “Jirona” qərarlaşıb. İlk “üçlüy”ü 85 faizlə (48-dən 41-i) İtaliya klubu “İnter” tamamlayıb.

Sonrakı yerləri Almaniya nəhəngi “Bavariya” (83 faiz – 42-dən 35-i) və İspaniya təmsilçisi “Real” (82 faiz - 51-dən 42-si) tutublar.

Müqayisə üçün əlavə edək ki, Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” geridə qalan 17 turda 38 top toplayıb. 13 xal itirən ağdamlılar 74 faizlik göstəriciyə imza atıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026