• Bakı 12° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Avtobusu hədəf alan terrroçu yaxalandı

DÜNYA

22 Oktyabr 2022 | 23:42 | Müəllif: Subhan Mahmudov

Avtobusu hədəf alan terrroçu yaxalandı

Aprelin 20-də Bursada baş verən və bir həbsxana məmurunun şəhid olduğu hücumun səbəbkarlarından biri olan MLKP terror təşkilatı üzvü Cebrail Gündoğdu İzmirdə yaxalanıb.

Bakıvaxtı.az musavat.com-a istinadən bildirir ki, Cebrail Gündoğdu ilə yanaşı daha 3 nəfər də saxlanılıb.

Bursa terrorunda istifadə edilən bombanın Balıkəsirdəki kamera evindəki hazırlanmasında və çatdırılmasında iştirak edən Cebrail Gündoğdu kod adlı Emre-Zafir adlı təşkilat üzvünün tutulması üçün bütün birliklər hərəkətə keçmişdi. Əməliyyatdan sonra fəaliyyət sahəsi daralan Cebrail Gündoğdu həyata keçirilən əməliyyat bu gün səhər saatlarında İzmirin Menemen vilayətində İzmir Polis İdarəsi tərəfindən yaxalanıb.

Qeyd edək ki, aprelin 20-də Bursa E Tipi Qapalı və Açıq Cəzaçəkmə Müəssisəsinə gedən həbsxana nəzarətçilərini daşıyan avtobus keçərkən baş verən terror aktında həbsxana gözətçisi Cengiz Yiğit (36) şəhid olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026