• Bakı 22° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Avtomobillərdən 11500 manat oğurlandı - tutulanlar var

HADİSƏ

27 Sentyabr 2024 | 14:02

Avtomobillərdən 11500 manat oğurlandı - tutulanlar var

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon ərazisində “Hyundai”, “Toyota”, “Mercedes”, “Kia” və “VAZ” markalı 5 avtomobildən müxtəlif üsul və vasitələrlə ümumilikdə 11500 manat pul, maqnitofon, bank kartı və sənədlər oğurlamaqda şübhəli bilinən 30 yaşlı A.Həsənov, 18 yaşlı İ.Rüstəmli, 31 yaşlı Ə.Məmmədov, 20 yaşlı B.Dadaşov müəyyən olunaraq saxlanılıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

    Faktlarla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR