• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Aylardan sonra paylaşım edən Lorak - "Ürəyim ağrıyır"

MƏDƏNİYYƏT

20 Sentyabr 2022 | 11:32

Aylardan sonra paylaşım edən Lorak - "Ürəyim ağrıyır"

Ukraynanın Xalq artisti Ani Lorak 2022-ci ilin yazından bəri ilk dəfə instaqramda paylaşım edib.

Bakıvaxtı.az  xəbər verir ki, yeni fotosunu paylaşan müğənni bunları yazıb:

“Mən gözlərimi yumuram və bu sətirləri oxuyan hər kəsi qucaqlayıram. Mənim ürəyim sevgi, ağrı, şəfqət, qorxu, həyəcanla doludur. Səhnə - mənim həyatımdır. Mən sizinlə eyni hava ilə nəfəs alanda yaşaya bilirəm. Mahnılarım sizin ruhunuza toxunduqca oxuyuram”.

Qeyd edək ki, A. Lorak böyük səhnəyə oktyabrın 21-də qayıdacaq və Avropa şəhərləri üzrə turneyə çıxacaq.

Xatırladaq ki, martın 1-də müğənni Ukraynadakı hadisələrlə bağlı instaqramda paylaşım etmişdi və müharibəni dayandırmağa çağırmışdı. Daha sonra Rusiyanı tərk edən Lorak müvəqqəti olaraq BƏƏ-də yaşamağa başlamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026