Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə qurumun “X” hesabında paylaşım edilib.
Qeyd olunub ki, azad olunan ərazilərdə noyabrın 6-dan 12-dək olan müddətdə 129 tank əleyhinə mina, 12 piyada əleyhinə mina, 317 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.
Məlumatda 527,6 hektar ərazinin minadan təmizləndiyi bildirilir.
















