• Bakı 20° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Azad olunan ərazilərdə daha 125 mina aşkarlandı

HADİSƏ

18 Aprel 2022 | 10:49

Azad olunan ərazilərdə daha 125 mina aşkarlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, aprelin 11-dən 16-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 59, tank əleyhinə 66 mina və 237 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 445.8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Azad olunan ərazilərdə daha 125 mina aşkarlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026