Dövlətimiz döyüş meydanında qətiyyət və ləyaqətlə mübarizə aparıb. Azərbaycan regional güc olaraq qonşuların da inkişafında maraqlıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu günkü plenar iclasında deyib.
Parlamentari bildirib ki, Azərbaycan Cənubi Qafqazda iqtisadi arxitekturanı müəyyənləşdirən böyük dövlətdir.
“Bu gün dövlətimizin gücü yalnız büdcə ilə ölçülmür. Xalqımızın liderimizin ətrafında sıx birləşməsi uğurumuzun sübutudur. Azərbaycan iqtisadi artımını 2,9 faiz səviyyəsində təmin etməklə həm güclü, həm qüvvətli, həm də nüfuzlu dövlətdir. Prezidentin sözlərinə görə, ölkəmiz heç vaxt bu qədər güclü olmayıb”, — deyə o əlavə edib.
Əli Hüseynov
Bakı 



