• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan elminə ağır itki - FOTO

CƏMİYYƏT

15 Yanvar 2022 | 12:55 | Müəllif: Subhan Mahmudov

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycan elminə ağır itki üz verib.

Bakıvaxtı.az xəbər verir ki, müasir Azərbaycan fəlsəfə elminin görkəmli simalarından biri, fəlsəfə elmləri doktoru, professor Əlikram Mirhəsən oğlu Tağıyev dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Tağıyev 1945-ci ildə İmişli rayonunda anadan olub.

O, fəlsəfə, politologiya, sosiologiya və kulturologiya sahəsində ixtisaslaşıb, müəyyən əhəmiyyət kəsb edən elmi araşdırmalar aparıb. Namizədlik və doktorluq işləri milli-etnik problemlər sahəsində olub.

Milli ideya və milli ideologiya problemləri ilə məşğul olan mərhum Akademiyanın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun Politologiya şöbəsinin müdiri olub. 30-dan çox elmi monoqrafiyanın, 200-dən çox elmi məqalələrin müəllifi olub.


Azərbaycan elminə ağır itki - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026