• Bakı 16° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Azərbaycan-Ermənistan sərhədində 110 sərhəd xidmətimiz var

CƏMİYYƏT

16 Avqust 2022 | 11:12

Azərbaycan-Ermənistan sərhədində 110 sərhəd xidmətimiz var

Azərbaycan Ermənistan sərhədində 110 sərhəd xidmətimiz fəaliyyət göstərir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin yaradılmasının 103 illiyi ilə bağlı keçirilən tədbirdə Xidmətin rəis müavini Abbas Xəlilov bildirib.

Onun sözlərinə görə, təbii ki, işğaldan azad olunmuş əraziıərdə ən önəmli proseslərdən biri sərhəd mühafizəsini təmin etməkdir: "Bu istiqamətdə DSX tərəfindən işlər görülüb. Azərbaycan İran sərhədində zəruri işlər görülüb. Azərbaycan Ermənistan sərhədində 110 sərhəd xidmətimiz fəaliyyət göstərir. Bu ərazilərimizdə yol infrastrukturumuz qurulub, kifayət qədər iş görülüb".

A.Xəlilov qeyd edib ki, yeni texnologiyalar, üsullar qarşıya hədəf kimi qoyulub.

"Sərhədlərin delimitasiya-demarkasiya məsələsinə gəldikdə isə, DSX dövlət sərhədlərini müəyyən edən qurum deyil. Biz DSX olaraq Komissiya tərəfindən qəbul edilən qərarlara uyğun olaraq onun icrasını təmin edirik", - deyə Abbas Xəlilov qeyd edib.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR