• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycan əyalətlərində xərçəngdən ölüm halları artdı

CƏMİYYƏT

09 Oktyabr 2023 | 19:02 | Müəllif: Subhan Mahmudov

Azərbaycan əyalətlərində xərçəngdən ölüm halları artdı

İranın Qərbi Azərbaycan, Şərqi Azərbayan və Ərdəbil əyalətlərində mədə-bağırsaq xərçənginin geniş yayılması bu xəstəliyə görə ölənlərin sayına ciddi təsir edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Mədə-bağırsaq Endoskopiya Dərnəyinin rəhbəri Kamran Bagiri Lənkərani deyib.

Qeyd edək ki, son statistikaya görə, İranda hər il 55 min nəfər xərçəngdən həyatını itirir. Bu göstəricinin böyük hissəsi Azərbaycan əyalətlərinin payına düşür. Həmçinin, son 30 ildə ölkədə 50 yaşdan aşağı vətəndaşlar arasında xərçəngə yoluxma hallarının 80 faiz artdığı deyilir.

Səhiyyə sistemi mütəxəssisləri İranda xərçəngdən ölənlərin sayının rəsmi statistikada göstəriləndən daha çox olduğunu bildirirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026