• Bakı 22° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Azərbaycan hərbçiləri Pakistanda keçirilən kursda iştirak ediblər

SİYASƏT

29 May 2025 | 10:44

Azərbaycan hərbçiləri Pakistanda keçirilən kursda iştirak ediblər

Pakistanda Azərbaycan Hərbi Hava Qüvvələrinin mütəxəssislərinin iştirakı ilə keçirilən kurs

Pakistan İslam Respublikasında Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup ixtisaslı mütəxəssislərinin iştirakı ilə keçirilən kurs başa çatıb.

    Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, müvafiq kursu uğurla başa vuran hərbi qulluqçularımızın Azərbaycana qayıtması münasibətilə tədbir keçirilib.

    Kurs müddətində hərbi mütəxəssislərimiz dost və qardaş ölkə Pakistan HHQ-nin heyəti ilə qarşılıqlı fəaliyyət göstərərək yüksək nəzəri və praktiki bacarıqlarını nümayiş etdiriblər.

    Vətənə qayıdan hərbi qulluqçularla görüşən Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə şəxsi heyətin fəaliyyətini yüksək qiymətləndirib.

    Nazir müavini kursu müvəffəqiyyətlə başa vuran bütün heyəti fəxri fərmanla mükafatlandırıb.

    Kursda yüksək peşəkarlıq nümayiş etdirən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “kiçik gizir” hərbi rütbəsi ilə təltif edilib.


    SON XƏBƏRLƏR

    30 May 2025