• Bakı 17° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Azərbaycan hərbçisi NATO Regional Əməkdaşlıq kursunu başa çatdırıb

SİYASƏT

10 Noyabr 2025 | 13:28

Azərbaycan hərbçisi NATO Regional Əməkdaşlıq kursunu başa çatdırıb

Azərbaycanlı hərbi qulluqçu NATO Regional Əməkdaşlıq kursunu müvəffəqiyyətlə bitirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İtaliyanın paytaxtı Roma şəhərində yerləşən NATO Müdafiə Kollecində (NDC) 34-cü NATO Regional Əməkdaşlıq kursunun (NRCC-34) buraxılış mərasimi keçirilib.

Kurs müddətində müttəfiq və tərəfdaş ölkələrdən gəlmiş iştirakçılarla birlikdə strateji düşüncə, regional təhlükəsizlik, əməkdaşlıq mexanizmləri və sahə tədqiqatları üzrə dərslər, seminarlar və praktiki fəaliyyətlər aparılıb.

Azərbaycan Ordusunun hərbi qulluqçusu polkovnik-leytenant Fərman Məmmədov kursu müvəffəqiyyətlə bitirib.

Tədbirin sonunda məzunlara hərbi təhsil müəssisəsinin komandanı tərəfindən diplomlar təqdim edilib.


SON XƏBƏRLƏR

09 Noyabr 2025