• Bakı 25° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Azərbaycan heyəti “Anadolu Qartalı - 2026” təlimində - VİDEO

GÜNDƏM

25 Iyun 2026 | 18:40

Azərbaycan heyəti “Anadolu Qartalı - 2026” təlimində - VİDEO

Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada hərbi qulluqçularımızın iştirakı ilə “Anadolu Qartalı - 2026” beynəlxalq taktiki-uçuş təlimi keçirilir. 

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, təlimə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin Su-25 hücum təyyarələri cəlb olunub.

Əvvəlcə iştirakçılara təlimin məqsədi, keçiriləcəyi ərazi, müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar və təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib.

Hərbi pilotlarımız təlimin planına uyğun olaraq mərhələlər üzrə qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlib, yüksək peşəkarlıq nümayiş etdiriblər.

Qeyd edək ki, təlimin əsas məqsədi iştirakçı ölkələrin HHQ-ləri arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması və birgə əməliyyat imkanlarının genişləndirilməsidir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR