• Bakı C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Azərbaycan manatının dövretmə sürəti AZALIB

İQTİSADİYYAT

29 May 2023 | 12:30

Azərbaycan manatının dövretmə sürəti AZALIB

Bu il mayın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,97 bənd təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən xəbər verir.

Bu göstərici 2023-cü ilin aprelin 1-i ilə müqayisədə 0,11 bənd, yanvarın 1-i ilə müqayisədə 0,56 bənd, 2022-ci ilin mayın 1-nə nisbətən isə 0,93 bənd azdır.

Xatırladaq ki, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi də 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.


SON XƏBƏRLƏR

28 Mart 2024