• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Pul nişanları ilk dəfə muzeydə sərgilənəcək

İQTİSADİYYAT

25 Iyun 2023 | 09:32

Pul nişanları ilk dəfə muzeydə sərgilənəcək

Mərkəzi Bank (AMB) tərəfindən tədavülə buraxılan kağız, metal, o cümlədən yubiley, xatirə və investisiya məqsədli pul nişanları ilk dəfə olaraq Milli Azərbaycan Tarix Muzeyində sərgilənəcək.

Bu barədə Bakıvaxtı.az-a AMB-dən bildirilib. Qeyd edilib ki, bu məqsədlə Muzeydə yeni ekspozisiya qurulacaq.

Muzeyə təqdim edilmiş kolleksiyada Azərbaycanda ilk dəfə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 ilinə həsr olunmuş Azərbaycan qızılı əsasında hazırlanmış investisiya məqsədli pul nişanları, Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış 500 manat nominallı banknot və “Zəfər” xatirə pul nişanları, o cümlədəm ölkəmizin görkəmli şəxsiyyətlərinə, əhəmiyyətli tarixi hadisələrinə, incəsənətinə, mədəniyyətinə həsr edilmiş qiymətli metallardan hazırlanmış pul nişanları da yer alıb.

Yeni qurulan ekspozisiyanın tezliklə ziyarətçilərin ixtiyarına veriləcəyi Muzey tərəfindən bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026