• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan millisi San Marinonu məğlub etdi

İDMAN

10 Iyun 2026 | 00:05 | Müəllif: Subhan Mahmudov

Azərbaycan millisi San Marinonu məğlub etdi

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv San Marino yığması ilə qarşılaşıb.

Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda baş tutan görüşdə millimiz 2:1 hesablı qələbə qazanıb.

Millinin heyətində qolları Rəhman Daşdəmirov (27) və Renat Dadaşov (49) vurublar.

Xatırladaq ki, Azərbaycan millisi ilk yoldaşlıq oyununda Maltaya iki cavabsız qolla uduzub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026