• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan birgə memorandum imzalayıblar

GÜNDƏM

29 May 2024 | 12:28

Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan birgə memorandum imzalayıblar

Rumıniyanın elektrik şəbəkəsi operatoru “Transelectrica” beynəlxalq tərəfdaşları olan Azərbaycanın enerji operatoru “AzərEnerji”, Gürcüstanın Dövlət Elektrik Sistemi və Macarıstanın MVM şirkəti ilə mərkəzi Rumıniyada yerləşən "yaşıl enerji"yə dair birgə müəssisənin yaradılması istiqamətində Anlaşma Memorandumu imzalayıb.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, “Transelectrica” müəssisənin əsas məqsədinin 4 ölkənin hökumətləri tərəfindən qəbul edilən "Yaşıl Enerji Dəhlizi" layihəsinin həyata keçirilməsi olduğunu açıqlayıb.

"Yaşıl Enerji Dəhlizi" Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri tərəfindən Avropa Komissiyasının dəstəyi ilə qəbul edilən layihədir.

“Bu layihə regional enerji potensialını gücləndirəcək və Avropa İttifaqının enerji keçidi hədəflərinə uyğun şəkildə bərpa olunan mənbələrdən elektrik enerjisini rəqabətqabiliyyətli qiymətlərlə təmin edəcək”, - "Transelectrica" bildirib.

Layihənin məqsədi Avropa-Qafqaz bölgəsində "təmiz enerji" istehsalı və mübadiləsini qiymətləndirmək, bu cür mübadilələri asanlaşdırmaq üçün lazımi infrastrukturun yaradılmasıdır.

Qeyd edək ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanıb. Bu dəhlizlə 4 QVt həcmində “yaşıl enerji”nin ixracı məqsədilə dənizdə sektorlar müəyyənləşdirilib, quruda ərazilər ayrılıb və növbəti proseslərə start verilib.

Qara dəniz sualtı kabel layihəsinin Texniki İqtisadi Əsaslandırmasını (TİƏ) “CESI” məsləhətçi şirkəti tərəfindən hazırlanacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026