• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kamran Əliyev MDB Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib - YENİLƏNİB

SİYASƏT

24 Iyun 2022 | 14:00

Kamran Əliyev MDB Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib - YENİLƏNİB

İyunun 24-də Belarus Respublikasının paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyi İştirakçı Dövlətlərinin Baş prokurorlarının Əlaqələndirmə Şurasının 32-ci iclası keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluqdan məlumat verilib. 

MDB prokurorluq orqanlarının rəhbər şəxslərinin iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Şuranın iclasında K.Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər barədə danışaraq cinayət yolu ilə əldə edilmiş aktivlərin qaytarılması mövzusunda çıxış edib. 

İclasda həmçinin MDB dövlətlərinin baş prokurorlarının və beynəlxalq təşkilatların rəhbərlərinin cinayətkarlığın müxtəlif təzahürlərinə qarşı prokurorluqların rolu haqda çıxışları dinlənilib.

Daha sonra təşkilati məsələlər müzakirə edilərək əməkdaşlıq haqqında müvafiq sənədlər imzalanıb. Katibliyin məsul vəzifələrinə seçkilər keçirilib. Baş prokuror Kamran Əliyev Şuranın “Qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinə görə” medalı ilə təltif olunub. 
Şuranın 2023-cü ildə iclasının Bakı şəhərində keçirilməsi qərara alınıb.

*** 11:36

Belarusunun paytaxtı Minskdə MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Koordinasiya Şurasının 32-ci iclası keçirilir.

Bakıvaxtı.az MDB ölkələrinin İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, Baş prokurorlar əvvəllər əldə olunmuş razılaşmaların icrasını müzakirə edəcəklər.

Qeyd edək ki, Koordinasiya Şurasının 32-ci iclası ərəfəsində Belarus Baş Prokurorluğunun nümayəndələri Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Ermənistandan olan həmkarları ilə ikitərəfli görüşlər keçiriblər.

Görüşlərdə hüquqi əməkdaşlığın gücləndirilməsi, o cümlədən ekstradisiya, cinayət işləri üzrə hüquqi yardım və digər məsələlər müzakirə edilib.

*** 11:07

Ermənistan Baş prokuroru Artur Davtyan Belarusa səfəri zamanı Azərbaycanın və Rusiyanın Baş prokurorları ilə görüşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

Bu gün Minskdə MDB Baş prokurorlarının Koordinasiya Şurasının 32-ci iclası keçiriləcək.

Baş prokurorların əldə olunmuş razılaşmaların reallaşdırılmasını müzakirə edəcəyi gözlənilir.


Kamran Əliyev MDB Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026