• Bakı 23° C

    1.7 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Azərbaycan sərhədində 20 km tıxac yarandı - VİDEO

CƏMİYYƏT

07 Dekabr 2023 | 00:42 | Müəllif: Subhan Mahmudov

Azərbaycan sərhədində 20 km tıxac yarandı - VİDEO

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Mazımqara” gömrük keçid məntəqəsində sıxlıq yaranıb.

Bakıvaxtıı.az xəbər verir ki, burada noyabr ayının 1-dən etibarən böyük sıxlıq yaşanır. Tranzit yükdaşıma maşınları tıxacın olmasından və sıxlığın yaşanmasından əziyyət çəkirlər. Bu sıxlıq Balakən rayonunun Katex kəndindən etibarən gömrük postunadək 20 kilometr uzunluğundakı yolu əhatə edir.

Ümumilikdə beş yüzə yaxın tranzit yükdaşıma maşınları yolun kənarında gözləyirlər.

“Mazımqara” gömrük keçid məntəqəsindən bildirilib ki, yaşanan bu sıxlığın səbəbi əsasən il sonu olması etibarilə yükdaşımanın artması səbəbindən baş verib.

Bəs bu problem nədən qaynaqlanır? Nə zaman həllini tapacaq?

Ətraflı AzTV-nin süjetində:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026