• Bakı 24° C

    12.28 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Azərbaycan təbii qaz ixracını 5 %-ə yaxın artırıb

İQTİSADİYYAT

17 Iyul 2025 | 10:18

Azərbaycan təbii qaz ixracını 5 %-ə yaxın artırıb

2025-ci ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 12 milyard 364 milyon 984,82 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 4 milyard 541 milyon 622,15 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 4,56 %, dəyəri isə 11,62 % çoxdur.

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 35,27 % olub.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24 milyard 400 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 12 milyard 878 milyon ABŞ dolları ixracın, 11 milyard 522 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2 % azalıb, idxal isə 29,9 % artıb.


SON XƏBƏRLƏR