“Fatih Portağalın jurnalistika ilə heç bir əlaqəsi yoxdur”.
Bunu Bakıvaxtı.az-a açılamasında türk jurnalist İzzət Sarı deyib.
İzzət Sarı Fatih Portağala xitabən “sən heç vaxt jurnalist ola bilməzsən. Türkiyə ilə Azərbaycanın dost deyil, əsl qardaş olduğunu ancaq tarixi düzgün mənbələrdən oxuduğun zaman başa düşə bilərsən” deyib.
“Qazi Mustafa Kamal Atatürkü də anlaya bilməzsən! Çünki bu gün müdafiə etdiyiniz Yunanıstan o illərdə doğulduğunuz İzmiri işğal edəndə Atakürk bu vətəni xilas etmək üçün qardaşları ilə birlikdə yola çıxmşdı”.
“Düzdür, Azərbaycan Türkiyənin dostu deyil” deyən İ.Sarı Azərbaycanın Türkiyənin qardaşı olduğunu vurğulayıb. Onun sözlərinə görə. yunanlar başda olmaqla qərbli müttəfiqlərinin dəstəyi ilə Türkiyədə özünü jurnalist kimi qələmə verən Fatih Portağal kimiləri ilə həm tariximizi, həm də gələcəyimizi zəhərləyirlər.
“Ona görə də hörmətli Fatih Portağalın həqiqi jurnalist və ziyalı kimi danışmağa mənəvi haqqı yoxdur”, - deyə İzzət Sarı qeyd edib.
Cavad







jpeg-1687272452.webp)


jpg-1686912784.webp)
jpg-1686912567.webp)




